EN

İsveçrə seçiciləri sərt ekoloji qaydalara qarşı çıxıb

Bakı. Trend:

İsveçrə seçicilərinin əksəriyyəti milli referendumda ölkədə dahasərt ekoloji qaydaların tətbiqini rədd edib.

Trend xəbər verirki, seçicilərin 70%-i Yaşıllar Partiyasının gənclər qanadınıntəklif etdiyi ekoloji təşəbbüsün əleyhinə səs verib.

Təklifə əsasən, 10 il ərzində iqtisadi fəaliyyət nəticəsindəyaranan karbon emissiyalarının təbiət tərəfindən davamlı şəkildəmənimsənilməsi tələb olunurdu. Bunun üçün konstitusiyaya planetintəbii sərvətlərinə hörmətlə bağlı xüsusi müddəanın əlavə edilməsinəzərdə tutulurdu.

Hökumət, biznes dairələri və sağçı siyasi partiyalar YaşıllarPartiyasının bu təşəbbüsünə qarşı vahid mövqe sərgiləyiblər.Onların fikrincə, bu cür tədbirlər iqtisadiyyat və vətəndaşlar üçünmənfi nəticələr doğura bilər.

Chosen
19
az.trend.az

1Sources