EN

Rəcəb Tayyib Ərdoğan Asiya ölkələrinə rəsmi səfərə yola düşüb

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, rəsmi səfər məqsədilə Malayziyaya yola düşüb.

TurkicWorld xəbər verir ki, Türkiyə prezidenti daha sonra İndoneziya və Pakistana da rəsmi səfərlər edəcək.

Səfərdən əvvəl Atatürk hava limanında mətbuata açıqlama verən Ərdoğan, Malayziya, İndoneziya və Pakistanla olan ikitərəfli münasibətləri gücləndirmək məqsədilə bir çox müqavilə imzalayacaqlarını bildirib.

Prezident Ərdoğan, Türkiyənin genişmiqyaslı strateji tərəfdaşı olan Malayziyaya səfərindən sonra, İndoneziya və Pakistanda keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclaslarına həmkarları ilə birlikdə sədrlik edəcəyini açıqlayıb.

Səfər çərçivəsində Türkiyə ilə bu üç ölkə arasındakı ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə ediləcək, mövcud əməkdaşlıqlar konkret layihələrlə inkişaf etdiriləcək.

Bundan əlavə, səfərlər zamanı regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparılacaq və işgüzar dairələrlə görüşlər təşkil ediləcək.

Türkiyə prezidentinin Asiya ölkələrinə səfəri fevralın 13-dək davam edəcək. Səfər öncəsi, Ərdoğan Atatürk hava limanında Pakistanın sabiq Prezidenti Asif Əli Zərdarı ilə görüşüb.

Chosen
36
6
turkic.world

10Sources