EN

Tramp polad və alüminium idxalına 25% rüsum tətbiq etdiyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp ölkəyə gələn polad və alüminiuma rüsum tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu gün, fevralın 10-da bütün ölkələrdən bu metallara 25% tarif elan ediləcək.

Ağ Evin rəhbəri həmçinin fevralın 11 və ya 12-də “qarşılıqlı tariflərin” tətbiqini elan edəcəyini təsdiqləyib. Sözügedən tədbirlər digər ölkələrin Amerika mallarına tariflər tətbiq etdiyi hallarda tətbiq olunacaq.
Xatırladaq ki, fevralın 4-də Çin ABŞ-dən gələn neft, dəbdəbəli avtomobillər, pikaplar və kənd təsərrüfatı maşınlarına 10% rüsum tətbiq etdiyini açıqlayıb. Bu tədbir Donald Trampın Çin mallarına oxşar tariflər tətbiq etmək qərarına cavabdır. Fevralın 7-də Tramp Çin məhsullarına əlavə rüsumlar tətbiq edib.
Chosen
20
20
banker.az

10Sources