EN

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi bu gün başlayır

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə bu gün start veriləcək.

İnterpress.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla, Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək.

Qadınlarda isə Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə görüşəcək.

Ötən gün tay-breykdə Teymur Rəcəbov Vüqar Əsədlini, Rauf Məmmədov Əhməd Əhmədzadəni üstələyib. Ş.Məmmədyarov və M.İskəndərov daha əvvəl yarımfinala vəsiqəni təmin ediblər.

Qadınlardan Günay Məmmədzadə tay-breykdə Səbinə İbrahimovaya, Gülnar Məmmədova Xanım Balacayevaya, Gövhər Beydullayeva isə Türkan Məmmədyarovaya qalib gəlib. Ü.Fətəliyeva daha əvvəl bu raundda iştirakını təmin edib.

 

Chosen
56
50
interpress.az

10Sources