Nebenzya qeyd edib ki, Rusiya ABŞ administrasiyasının Ukrayna ilə bağlı dəqiq mövqeyini gözləyir, çünki indiyə qədər yalnız şüarlar eşidilib. O, Moskvanın sülh tənzimlənməsi ilə bağlı mövqeyinin məlum olduğunu və 2024-cü ilin iyununda Prezident Vladimir Putin tərəfindən açıqlanan təkliflərə əsaslandığını bildirib.
Rusiya tərəfi danışıqların real zəminə əsaslanmasını və NATO-nun şərqə genişlənməmək öhdəliyi də daxil olmaqla, münaqişənin əsas səbəblərinin həllini tələb edir. Nebenzya həmçinin qeyd edib ki, Ukrayna ilə potensial sülh razılaşmaları yalnız legitim rəhbərliklə imzalanmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31