AZ

Nebenzya: Rusiya ABŞ-dən Ukrayna ilə bağlı konkret siqnallar almayıb– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, ABŞ-dən, o cümlədən Ukrayna məsələsi ilə bağlı konkret siqnallar hələlik daxil olmayıb. O, Rusiyanın bərabər və qarşılıqlı hörmət əsasında dialoqa açıq olduğunu vurğulayıb.

Nebenzya qeyd edib ki, Rusiya ABŞ administrasiyasının Ukrayna ilə bağlı dəqiq mövqeyini gözləyir, çünki indiyə qədər yalnız şüarlar eşidilib. O, Moskvanın sülh tənzimlənməsi ilə bağlı mövqeyinin məlum olduğunu və 2024-cü ilin iyununda Prezident Vladimir Putin tərəfindən açıqlanan təkliflərə əsaslandığını bildirib.

Rusiya tərəfi danışıqların real zəminə əsaslanmasını və NATO-nun şərqə genişlənməmək öhdəliyi də daxil olmaqla, münaqişənin əsas səbəblərinin həllini tələb edir. Nebenzya həmçinin qeyd edib ki, Ukrayna ilə potensial sülh razılaşmaları yalnız legitim rəhbərliklə imzalanmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr