EN

Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi məktəblilərlə görüşəcək



“Məktəbdə...” layihəsinin növbəti görüşü fevralın 11-də paytaxtdakı 16 nömrəli Texniki-Humanitar Liseydə keçiriləcək.

Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı görkəmli pedaqoq, uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair Zahid Xəlil olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Ruhiyyə Mehdiyeva
Chosen
19
4
newscenter.az

10Sources