EN

Minaların təmizlənməsi üzrə aktiv işlərin aparılmasına baxmayaraq, Azərbaycanın mədəni irsinin bərpası çətin proses olaraq qalır - Səbinə Hacıyeva "Tofik Abbasovla Dialoq" verlişində (FOTO/VİDEO)

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq”analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir ki, verilişin budəfəki qonağı Azərbaycanınəməkdar memarı, elmlər doktoru, professoru, Azərbaycanın MədəniyyətNazirliyi nəzdində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrəDövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva olub.

Söhbət zamanı Hacıyeva mədəni irsin həm mütəxəssislərin, həm dəümumilikdə cəmiyyətin diqqətini tələb edən milli kimliyin ayrılmazhissəsi olduğunu vurğulayıb. O sözlərini görkəmli yazıçı ViktorHüqodan sitat gətirməklə davam edib: "Hər bir abidə - bir çoxinsanın töhfəsini birləşdirən nəsillərin inkişafınınnəticəsidir".

Onun sözlərinə görə, memarlıq abidələri – insanın gördüyü ilkşeylərdir, fərq etməz bu yerli sakin olsun, ya xarici turist,onların qorunub-saxlanılması isə istənilən cəmiyyətin ən vacibvəzifələrindəndir.

C. Hacıyeva xatırladıb ki, Azərbaycan torpaqlarının işğalaltında olması ilə əlaqədar 30 il ərzində öz mədəni irsininəhəmiyyətli hissəsindən məhrum olub. Həmin dövr böyük tarixiədalətsizlik dövrü olub, belə ki, tədqiqatlar başlıca olaraq arxivmaterialları, kitablar və əlçatan internet-mənbələri əsasındaaparılıb, bu isə birbaşa yerində aparılan monitorinq və yamütəxəssis işini əvəzləyə bilməz.

Ekspert qanunsuz restavrasiya işləri və Azərbaycan irsininözünkiləşdirmə cəhdlərinə də xüsusi diqqət çəkib. O, Xudavəng Albanmonastır kompleksində tarixi məlumatlar nəzərə alınmadan aparılanbərpa işlərini və Gəncəsər monastırında həyata keçirilənmüdaxilələri misal çəkib. Onun sözlərinə görə, hətta ermənialimləri belə bu bərpa işlərindən narahatlıqlarını bildiriblər.Azərbaycanlı mütəxəssislər məqsədyönlü şəkildə bu obyektlərəburaxılmayıb, bu isə obyektiv tədqiqatların aparılmasına maneolub.

İşğalda olan ərazilərin azad edilməsindən sonra Azərbaycandərhal mədəni irsin vəziyyətini öyrənməyə başlayıb. 2020-ci ildəabidələrin ilkin təhlili aparılıb, 2023-cü ildə isə genişmiqyaslı,aylarla davam edən monitorinq həyata keçirilib. Rəsmi məlumatlaraəsasən, Qarabağ ərazisində 705 abidə qeydə alınıb, lakin onlardan155-i hələ də aşkarlanmayıb. Başlıca olaraq söhbət ya tamamilə məhvedilmiş, ya da başqa məqsədlər üçün istifadə edilmiş arxeolojiabidələrdən gedir.

Ərazilərin genişmiqyaslı şəkildə minalanması vəziyyəti daha daqəlizləşdirir ki, bu da öz növbəsində tarixi abidələrə çıxışıəngəlləyir. Minalardan təmizləmə üzrə agentliyin və gücstrukturlarının aktiv fəaliyyətinə baxmayaraq, irsin tədqiqolunması və bərpası prosesi çətin proses olaraq qalır və mühümsəylər tələb edir.

S.Hacıyeva xüsusilə vurğulayıb ki, ən çox ziyan müsəlmanabidələrinə dəyib; onlar talana və vandalizmə məruz qalıb və yafiziki olaraq məhv edilib. Şuşada yeganə “restravrasiya” olunanobyekt məscid idi, lakin "restavrasiya prosesi" elə aparılıb ki,bütövlükdə Azərbaycanın izlərini silmək məqsədi daşıyıb.

Xristian irsinə gəlincə, o qeyd edib ki, bir çox mötəbərabidələr, o cümlədən Xudavəng və Gəncəsər naməlum layihələrəsasında restavrasiyaya məruz qalıblar. Belə ki, “restavrasiya”zamanı müasir materiallardan istifadə olunub ki, bu da onlarıntarixi görünüşünü itirməsinə yol açıb.

Bəzi hallarda bərpa işləri “Avroremont” səviyyəsində aparılıb vəabidələrin orijinal strukturu tamamilə pozulub. Fizikidəyişikliklərlə yanaşı, ideoloji mənimsəmə də aparılıb – müxtəlifnəşrlərdə bu abidələrin mənşəyi barədə təhrif olunmuş məlumatlaryayılıb.

Qarabağın mədəni irsinin zənginliyinə toxunan S. Hacıyevaxatırladıb ki, bu region müxtəlif tarixi dövrləri əhatə edən unikalarxeoloji zonadır. O, Azıx mağarasını misal çəkərək, burada ibtidaiinsanın ən qədim yaşayış məskənlərindən birinin aşkar edildiyinibildirib. Onun sözlərinə görə, burada tapılan və məhz bu əraziyəistinadən “Azıxantrop” adlandırılan çənə sümüyü Azərbaycanalimlərinin kəşfidir və ölkənin bu bölgədəki qədim tarixi köklərinitəsdiqləyir.

Çoxsaylı çətinliklərə rəğmən, Azərbaycan öz tarixi abidələriniaktiv şəkildə bərpa edir. Artıq Pənahəli-Xan kompleksininrestavrasiyası yekunlaşıb, digər memarlıq obyektlərinin o cümlədənQoç-Əhmədli kənd məscidinin bərpası üzrə layihələr hazırlanır ki,onlar da öz növbəsində, xüsusilə də sakinlərin doğma yurdlarınaköçürülməsi fonunda bölgənin mədəni bərpa prosesinin vacib hissəsiolacaq.

Sonda Səbinə Hacıyeva vurğulayıb ki, əsas vəzifə dağıdılmışmədəni irsin təkcə bərpası yox, həm də qorunub saxlanılması vəgələcək nəsillərə ötürülməsi olmalıdır:

“Tarixi abidələr – eləcə adi tikililər deyil, onlar keçmişincanlı şahidləridirlər və mütləq məhv edilmədən və qanunsuzmənimsənilmədən qorunmalıdırlar”.

Minaların
Minaların
Minaların
Minaların
Minaların
Məqalədə:
Chosen
36
1
az.trend.az

2Sources