Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində n**kotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a bildirilib ki, onun yaşadığı ünvandan 3 kiloqramdan artıq t**yək aşkarlanıb. Həmin şəxs n**kotikləri satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.