Türkiyə Birinci Liqasında 23-cü turunda Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” evdə “Keçiörengücü” ilə heç-heçə edib (1:1).
İdmanxeber.az-ın məlumatına görə, həmyerlimiz görüşün iştrakçısı olub. O, matçın 87-ci dəqiqəsində meydana çıxıb.
23 turdan sonra İsgəndərlinin komandası 33 xalla 9-cu pillədə qərarlaşıb. Liqanın lideri isə 48 xalla “Kocaelispor”dur.