EN

Tramp 1 sentlik sikkələrin buraxılmasını dayandırmağı əmr edib


ABŞ Prezidenti Donald Tramp ABŞ Maliyyə Nazirliyinə baha başa gəldiyi üçün 1 sentlik sikkələrin buraxılmasını dayandırmağı əmr etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
“Çox uzun müddətdir ki, Birləşmiş Ştatlar hər biri bizə sözün əsl mənasında 2 sentdən baha başa gələn qəpiklər zərb edir. Bu, çox israfçılıqdır! Mən maliyyə nazirin (Skott Bessentə) yeni 1 sentliklər zərb etməyi dayandırmağı tapşırmışam”, - ABŞ Prezident bildirib.
Digər tərəfdən, amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) yanvarın 21-də “X” sosial media hesabında 1 sentlik sikkələrin buraxılmasının 3 sentdən baha başa gəldiyini bildirib. Departamentin bildirdiyinə görə, 2023-cü maliyyə ilində ölkədə 4,5 milyarddan çox belə sikkə zərb edilib. Bu, Amerika vergi ödəyicilərinə 179 milyon dollara başa gəlib.
Qeyd edək ki, Tramp Maskı ABŞ hökumətinin səmərəliliyini artırmaq və bürokratiya ilə mübarizə aparmaq vəzifəsi daşıyan Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin edib.
Chosen
14
yeniavaz.com

1Sources