EN

"Bizim onları qoruyacağımızı güman edirlər" - Tramp

"Kanada Amerikanın köməyinə arxalandığı üçün öz müdafiəsinə kifayət qədər pul xərcləmir".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O, ABŞ-ın dəstəyi olmadan Kanadanın "yararsız ölkəyə" çevriləcəyini bildirib.

“Onlar müdafiəyə çox az pul xərcləyirlər. Onlar tamamilə müdafiəsizdirlər, çünki bizim onları qoruyacağımızı güman edirlər. Amma fakt budur ki, biz onlara ildə təxminən 200 milyard dollar subsidiya veririk. Əgər biz bunu dayandırsaq, rüsum tətbiq etməklə onların avtomobil istehsal etməsinə mane olsaq, onlar yararsız ölkə olacaqlar”, - deyə Tramp qeyd edib.

Chosen
27
2
operativmm.az

3Sources