EN

İsrail Livana hücum etdi, 4 nəfər yaralandı

İsrail döyüş təyyarələri Livanın cənubundakı Bekaa və Hermel bölgələrinə bir neçə hava zərbəsi endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bğalı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hücumlar nəticəsində Livanın şərqindəki Bekaa vadisində bir ailədən 4 nəfər yaralanıb.

İsrail Hərbi Hava Qüvvələri bir sıra hücumlarda Livanın cənubundakı Azza və Rumin şəhərləri ilə Cabur yüksəklikləri arasındakı açıq əraziyə də zərbələr endirib.

Livanda atəşkəs rejimini pozmağa davam edən İsrail aviasiyası atəş nöqtələrinə, yeraltı sığınacaqlara və anbarlara zərbələr endirib.

Chosen
31
operativmm.az

1Sources