Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
hakimiyyet.az-ın məlumatına görə, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün "Mercedes-Benz" markalı avtomobilin sürücüsünə "saxla" işarəsi verib.
Sürücü E.Həsənov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.