EN

Türkiyədə işsizlik səviyyəsi aşağı düşüb

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin dekabr ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Marja xəbər verir ki, ölkədə işsizlik səviyyəsi 0,1 faiz bəndi azalaraq 8,5 faiz təşkil edib.  İşsizlərin sayı dekabrda əvvəlki ayla müqayisədə 39 min nəfər azalaraq 3 milyon 26 min nəfərə düşüb. İşsizliyin səviyyəsi kişilər arasında 6,9 faiz, qadınlar arasında isə 11,4 faiz təşkil edib.

Gənclər arasında işsizlik 16 faizdən çoxdur

15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,5 bənd artaraq 16,3 faiz təşkil edib. Bu yaş qrupunda işsizlik nisbəti; Kişilər üzrə 13,1 faiz, qadınlar üzrə isə 22,1 faiz olaraq qiymətləndirilib.

İşsizlərin sayı 39 min nəfər azalıb

15 və daha yuxarı yaşda olan işsizlərin sayı dekabr ayında noyabr ayı ilə müqayisədə 39 min nəfər azalaraq təxminən 3 milyon 26 min nəfərə geriləyib.

Məşğul əhalinin sayı 32 milyon 718 minə düşüb

Məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 54 min nəfər azalaraq 32 milyon 718 min nəfərə, məşğulluq səviyyəsi isə 0,1 faiz bəndi azalaraq 49,5 faizə geriləyib. Bu nisbət kişilərdə 66,9 faiz, qadınlarda isə 32,4 faiz olub.

İşçi qüvvəsi 35,7 milyonu ötüb

Dekabrda ölkədə işçi qüvvəsi (iqtisadi fəal əhali) əvvəlki ayla müqayisədə 94 min nəfər azalaraq 35 milyon 743 min nəfər təşkil edib. 

işsizlik səviyyəsi
Chosen
16
1
marja.az

2Sources