EN

Beynəlxalq Jurnalistlər Federasiyası: “İranda jurnalistlərə qarşı yeni təzyiq dalğası artıb”

Mərkəzi Belçikada yerləşən Beynəlxalq Jurnalistlər Federasiyanın məlumatına görə, İranda son iki həftə ərzində təhlükəsizlik orqanları yeddi jurnalisti çağırıb. Eyni zamanda jurnalistlər dindirilib və evlərində axtarış aparılıb.

Beynəlxalq Jurnalistlər Federasiyası bəyanat yayaraq, İran hökumətini jurnalistlərin təqib və təhdid edilməsinə, eləcə də media azadlığını boğmağa davam etməsinə son qoymağa çağırıb.

Federasiyanın baş katibi Antoni Belanqer İran hökumətini media azadlığına və beynəlxalq insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərinə, o cümlədən ifadə azadlığı hüququna və əsassız həbslərə qarşı toxunulmazlığa hörmət etməyə çağırırıq.

visiontv.az



Chosen
13
visiontv.az

1Sources