EN

“Atamın səsinin siqnallarda istifadə olunmasını qəbul etmirdim, indi isə sevinirəm ki…” – FOTO/ÖZƏL

“Atama qarşı laqeyd və diqqətsiz münasibət məni narahat etmir, çünki…”

“Atamın doğum günü idi. Qohum-əqrabanı çıxmaq şərtilə heç kim maraqlanmayıb, başsağlığı verməyib. Nə sənət yoldaşları, nə də ki, teatrdan. Bu, artıq uzun illərdir ki, belədir. Atama qarşı olan bu diqqətsizlik əslində məni narahat etməli deyil. O insanları narahat etməlidir ki, onlar bu sahənin başında dururlar. Təkcə atam yox, o aktyor nəsli böyük bir məktəbdir. Onları yada salmaq, təbliğ etmək, gənclərə örnək göstərmək lazımdır. Məni nə narahat edəcək? Mən atamı itirmişəm, ondan öyrəndiklərimdən bəhrələnirəm, bunun üçün kiminsə diqqətinə ehtiyacım yoxdur. Atamın sənəti öyrənilməlidir, yaddan çıxmamalıdır. Belə olan halda bu, bizim Azərbaycan incəsənətinə xeyirdir”

Bunu Medianews.az-a açıqlamasında mərhum sənətkar, xalq artisti Ələsgər Məmmədoğlunun oğlu Ceyhun Məmmədov deyib.

“Atamın səsinin siqnallarda istifadə olunmasını qəbul etmirdim, indi isə sevinirəm ki...” - <span style=color:red>FOTO/ÖZƏL

O daha sonra əlavə edib:

“Atamın arzuları çox idi. Onun əsas arzuları da mənimlə bağlı idi. Ailə həyatı qurmağımı öz gözləri ilə görmək istəyirdi. Atam istənilən rolu peşəkarcasına oynayırdı. Amma heç bir rejissora ağız açmazdı ki, mənə filan rolu verin. Əlbəttə ki, atam da dəyişik rollar oynamaq istəyirdi. Onun da hədəfləri var idi. Amma qapı döyməklə arası yox idi. Deməzdim ki, atamdan, onun istedadından layiqincə istifadə edildi. Xeyr! Daha yaxşı istifadə edilə bilərdi. O dövrlər keçid dövrü idi. Rejissorlar da, ssenaristlər də istəyərdi ondan tam istifadə etsinlər, bəlkə də əllərində imkan olmayıb. O vaxt indiki kimi deyildi. Bir televiziya kanalı var idi, imkanlar məhdud idi. İndi televiziya da inkişaf edib, layihələr də çoxdur”.

Ceyhun Məmmədov bildirib ki, atasının səsinin maşınlarda siqnal əvəzi istifadə olunması o illərdə onu narahat etsə də, bu gün fəxr edir:

“Atamın “Bəyin oğurlanması” filmindəki epizodunun səsini o vaxt yeni çıxan avtomobil siqnallarına qoymuşdular. O vaxt biz bunu həm yaxşı qəbul edirdik, həm də pis. Hər yaş dövrünün öz fərqli təsirləri var. Yaşa dolduqca insan hər şeyi anlayır. İndi ancaq sevinə bilərəm. Əgər səsini siqnalda istifadə edirdilərsə demək ki, atam hələ də yaşayır, yaddaşlardadır. Demək ki, bu, ona olan sevginin təzahürüdür. Bu məni necə sevindirməyə bilər?”.

“Atamın səsinin siqnallarda istifadə olunmasını qəbul etmirdim, indi isə sevinirəm ki...” - <span style=color:red>FOTO/ÖZƏL

Ceyhun Məmmədov sonda qeyd edib ki, atası yaşasaydı incəsənətin bugünkü vəziyyəti onu da narahat edərdi:

“Məncə təkcə Azərbaycan mədəniyyətində yox, bütün dünya mədəniyyətində vəziyyət durğundur. 1980 və 1990-cı illərdə bütün dünyada teatr və kino aləminin ən pik nəsilləri gəlib-getdi. Mən belə düşünürəm. Mənim atamın çalışdığı illərdə də aktyor nəsli həqiqətən də dahi idi. Əlbəttə ki, incəsənətin bugünki vəziyyəti o vaxtla müqayisə oluna bilməz. Bu dövrün tələbi tam başqadır. Gündəmə oturan, bir günlük zarafatlar, mövzular tamaşaçı tərəfindən daha müsbət qarşılanır. Atam bu gün yaşasaydı bəlkə də incəsənətimizin bugünki vəziyyəti onu da narahat edərdi. Amma kənardan sakitcə izləyərdi, müşahidə edərdi. Çünki atam ümumiyyətlə yenilikləri sevən insan idi”.

Əli Əsgər
Medianews.az

“Atamın səsinin siqnallarda istifadə olunmasını qəbul etmirdim, indi isə sevinirəm ki...” - <span style=color:red>FOTO/ÖZƏL

Chosen
10
medianews.az

1Sources