EN

Azərbaycanın öz qeyri-neft-qaz sektorlarının qlobal bazara inteqrasiyasını təmin etməsi vacibdir - Dünya Bankı

Bakı. Trend:

Azərbaycanın öz iqtisadiyyatının qeyri-neft –qaz sektorununqlobal bazara inteqrasiyasını təmin etməsi vacibdir.

Trend xəbərverir ki, bunu bu gün Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrəbaş iqtisadçısı İvaylo İzvorski Dünya Bankının “World DevelopmentReport “ (Dünya İnkişafı haqqında Hesabat) adlı hesabatının Bakıdakeçirilən təqdimatı zamanı çıxışında bildirib.

İzvorski qeyd edib ki, söhbət erkən inkişaf mərhələlərində olankiçik ölkədən gedirsə, investisiyalar hətta dərin bazarinteqrasiyası olmadan da iqtisadi artımı təmin edə bilər. Lakinmaddi rifahın yüksəlməsi ilə xarici biliklərdən asılılıq artmışolur.

Baş iqtisadçının sözlərinə görə, beynəlxalq təcrübəninmənimsənilməsi əsasən birbaşa xarici investisiyalar, tərəfdaşlıq,ticarət , həmçinin praktiki tədris kimi texnologiyalar vasitəsiləhəyata keçirilir. Bu kontekstdə kiçik ölkələr regional və qlobalbazarlara aktiv şəkildə inteqrasiya olumalıdırlar.

“Azərbaycan artıq bunu enerji sektorunda edib. Azərbaycan qlobaloyunçuya çevrilib, Avropa İttifaqına təbii qaz ixracatını artırır,qabaqcıl qazma texnologiyalarına, inkişaf etmiş nəqliyyat və emalinfrastrukturuna malikdir” ,- deyə İ.İzvorski bildirib.

Məqalədə:
Chosen
13
az.trend.az

1Sources