EN

Dünya bankı və Azərbaycan ofşor külək enerjisinin inkişafını müzakirə edirlər - Roland Prays (ÖZƏL)

Bakı. Trend:

Dünya bankı və Azərbaycan ofşor külək enerjisinin inkişafınımüzakirə edirlər.

Trend xəbərverir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoruRoland Prays bildirib.

O qeyd edib ki, Dünya Bankı Beynəlxalq maliyyə korporasiya (İFC)və Dünya Bankı Qrupu ilə birlikdə Azərbaycanda ofşor küləkenerjisinin potensialına həsr olunmuş analitik iş və tədqiqataparıb.

“Belə bir nəticəyə gəlinib ki, bu sahənin inkişafı üçün ölkəninəhəmiyyətli imkanları var. Biz nəticələri hökumətə təqdim etmişikvə onlar yüksək qiymətləndirilib. İndi bizim vəzifəmiz analitikmərhələdən layihənin həyata keçirilməsi üzrə praktiki addımlarakeçməkdir”, -deyə Roland Prays bildirib.

O qeyd edib ki, ofşor külək enerjisin tətbiqi - təfsilatlımaliyyə planlaşdırması tələb edən çətin prosesdir.

“Bu cür layihələrə ilkin investisiyaları, bir qayda olaraqyüksək olur, lakin onların həyata keçirilməsi bərpa olunan enerjiistehsalında əhəmiyyətli artımı təmin edəcək. Hal-hazırda DünyaBankı növbəti addımlar, o cümlədən proqramın strukturkaşdırılmasıvə mümkün maliyyə mənbələrinin axtarılması üzrə Azərbaycan hökumətiilə danışıqlar aparır”, -deyə Prays vurğulayıb.

O, milli enerji sisteminin müasirləşdirilməsi və gücləndirilməsilayihəsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

"Bu hədəflərin həyata keçirilməsinə təxminən 175 milyon ABŞdolları ayrılacaq ki, bu da şəbəkənin ötürücülük qabiliyyətiniəhəmiyyətli dərəcədə artırmağa və yeni bərpaolunan enerjimənbələri, xüsusilə günəş elektrik stansiyaları tərəfindən istehsalolunan enerjinin effektiv inteqrasiyasını təmin etməyə imkanverəcək. Bu layihənin həyata keçirilməsi ölkənin "yaşıl" enerjidəhlizinin inkişafında mühüm addım olacaq", – deyə o qeyd edib.

Chosen
19
az.trend.az

1Sources