EN

Azərbaycan atleti Balkan çempionatında ölkə rekordunu yeniləyib

Azərbaycan atleti İsgəndər Əsgərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 Balkan çempionatında 800 metr məsafəyə qaçış üzrə ölkə rekordunu yeniləyib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İdmançı fevralın 8-də baş tutmuş yarışda 1:59.72 dəqiqə nəticə ilə U-18 yaş kateqoriyasında bu növ üzrə Azərbaycan rekordunu yeniləyib.

Federasiyadan rekordun təsdiqlənmə prosesində olduğu bildirilib.

Chosen
3
8
far.az

10Sources