EN

Rəcəb Tayyib Ərdoğan Malayziyada səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Malayziya ilə əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıqlarını bildirib.

Prezident Ərdoğan Malayziyanın paytaxtı Kuala Lumpurda səfərdədir. Malayziyanın Putracaya Beynəlxalq Konqres Mərkəzində Perak Sultanı Nəzrin Şah tərəfindən Ərdoğana beynəlxalq əlaqələr üzrə fəxri doktor diplomu təqdim edilib.

Daha sonra Türkiyə-Malayziya Strateji Əməkdaşlıq toplantısında Malayziya dövlət məmurları və universitet tələbələri qarşısında çıxış edən Prezident Ərdoğan deyib:

“Asiyanın hər iki tərəfində yerləşən Malayziya və Türkiyə dost, qardaş və tərəfdaşdır. Əlaqələrimizi 2022-ci ildə hərtərəfli strateji tərəfdaşlığa yüksəltmişik. Ölkələrimiz arasındakı əməkdaşlıq təhsil və insan münasibətləri üzərində qurulub. Bu gün Türkiyə 190-dan çox ölkədən olan tələbələrə ali təhsil almaq imkanı təklif edir.”

Prezident Ərdoğan Malayziyanın ali təhsildə cazibə mərkəzinə çevrilməsinin səbəblərindən birinin Malaya Universiteti olduğunu qeyd edib.

“40 min tələbəsi ilə Malayziya akademik həyatda müstəsna rol oynayır. Universitetlərin cəmiyyətin inkişafında güclü rolu var. Onlar parlaq gələcəyin əsasını qoyurlar. İnanıram ki, Malayziya öz savadlı insan resursları ilə gələcəkdə yaxşı yerlərə çatacaq. Fəxri doktor ünvanına görə bütün universitet rəhbərliyinə təşəkkür edirəm”,-deyə Türkiyə Prezidenti vurğulayıb.

Chosen
25
2
veteninfo.az

3Sources