EN

İsrailli nazir: "Atəşkəsin ikinci mərhələsinə ehtiyac yoxdur, hücum başlamalıdır"

"Tel-Əviv və HƏMAS arasında atəşkəsin ikinci mərhələsi real deyil".

Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu sözləri İsrailin diaspor naziri Amichai Çikli deyib.

Nazir deyib ki, HƏMAS-la atəşkəsin ikinci mərhələsini razılaşdırmağa ehtiyac qalmayıb: "Bu mərhələ İsrail üçün təhlükəlidir. Unutmayaq, ABŞ rəhbərliyi də atəşkəsin ikinci mərhələsinin hazırkı şərtlərdə real olmadığını anlayır. Bu proses HƏMAS-ı ayaq üstə saxlayır. Bizə isə onları tamamilə məhv etməsək, rahatlıq olmayacaq"

Lamiyə Əhmədli
MİA.AZ

Chosen
7
mia.az

1Sources