EN

Fikrini son anda dəyişən sürücü dairəyə girib az qala maşını vuracaqdı - VİDEO

Paytaxtın 4-cü Uzununa küçəsində kobud qayda pozan sürücü qəza şəraiti yaradıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan 90-SA-070 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü yolayırıcının keçilməsi qaydasını pozub. Belə ki, düzünə hərəkət edən “Toyota” sürücüsü son anda qərarını dəyişərək dairəyə daxil olmağa çalışıb. Bu zaman o, dairə boyunca hərəkət edən sürücüyə təhlükə yaradıb.

Xatırladaq ki, “Yol Hərəkəti Haqqında” qanunun 42-ci maddəsinə əsasən, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında qoyulmuş 4.3 nişanı olduqda, sürücülər dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.

Nərmin

 

Chosen
10
avtosfer.az

1Sources