EN

Lenin mavzoleyi 2 aylıq bağlanacaq

Moskvada Qırmızı meydanda yerləşən Lenin mavzoleyi təxminən iki ay müddətinə profilaktik işlər üçün bağlanacaq.

 

Sfera.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 

"Vladimir İliç Leninin mavzoleyinə və Kreml divarı yanındakı nekropola bu il fevralın 18-dən aprelin 14-dək profilaktik işlərin aparılması ilə əlaqədar ziyarətçilərin girişinə icazə verilməyəcək", - məlumatda bildirilib.

 

Mavzoleydə planlı profilaktik işlər təxminən iki ildən bir aparılır, lakin onların təfərrüatları adətən açıqlanmır. Bu cür işlər xüsusilə 2017, 2019, 2022, 2023-cü illərdə aparılıb.

 

Mavzoley 1924-cü ildə, Leninin ölümündən qısa vaxt sonra açılıb.

Chosen
23
7
sfera.az

8Sources