Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni dünya düzəninin yaradılmasının zəruriliyini bəyan edib.
Herbiand.az bildirir ki, Ərdoğanın fikirlərini “TRT Haber” telekanalı yayıb.
Türkiyə Prezidenti vurğulayıb ki, yeni dünya nizamında sayı 2 milyarddan çox olan İslam dünyasının da maraqları nəzərə alınmalıdır.
“Ədalət olmayan yerdə sülh, əmin-amanlıq və bəşəriyyətin inkişafı ola bilməz. 2 milyarddan çox əhalisi olan İslam dünyasının təmsil olunmadığı sistem ədalətli ola bilməz”, - Ərdoğan Malayziyanın paytaxtı Kuala-Lumpurda BMT haqqında danışanda deyib.
Onun sözlərinə görə, iqtisadiyyat, diplomatiya, ticarət, təhlükəsizlik problemlərini həll etmək üçün yeni anlayışa və yeni dünya nizamına ehtiyacımız var: “Ədalətli əməkdaşlıq və etimada əsaslanan bir sistemin qurulması üstünlük deyil, zərurətdir”.
Bəxtiyar CƏFƏRLİ