EN

Şabranda ev yararsız hala düşdü - Ailə çadıra yerləşdirildi

Şabranda evi yararsız vəziyyətə düşən ailə üçün müvəqqəti çadır qurulub.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, FHN-ə Şabran rayonunun Sincanboyad kəndində Qurbanov Təbriz Eyvaz oğluna məxsus fərdi evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Chosen
68
14
manset.az

10Sources