EN

Cənub rayonlarında güclü qarın yaratdığı qəzalar aradan qaldırılıb

Bakı.Trend:

6-7 fevral tarixlərində yağan güclü qar ölkə ərazisində, xüsusəncənub rayonları – Astara, Lerik və Yardımlının digər sahələrdəolduğu kimi elektrik təsərrüfatında da fəsadların yaranmasına səbəbolub. Elektrik xətlərinin zədələnməsi nəticəsində hər 3 rayonda 0.4və 10 kV-luq xətlərin keçdiyi bir sıra dağlıq kənd və qəsəbələrişıqsız qalıb.

Trend xəbərverir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, "Azərişıq" ASC-nin Lənkəran, Masallı, Cəlilabad,həmçinin, qəza baş verən rayonların elektrik şəbəkələrininəməkdaşları ilk gündən iş başında olub.

Həyata keçirilən bərpa işləri nəticəsində ümumi ərazigərginliklə təmin edilib. Dağlıq ərazilərdə qarın səviyyəsinin 1metrə çatması nəticəsində tamamilə bağlanan yollarda "Azərişıq" ASCxüsusi texnikalarla yolları açıb, əməkdaşların qəza yerlərinəçatmasına şərait yaradıb.

Yağan qarın hündürlüyünə və kəskin hava şəraitinə baxmayaraqəməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saatfasiləsiz çalışmalarını davam etdiriblər.

Qeyd edilən rayonlarda qısa vaxt ərzində elektrik enerjisininverilişi tamamilə bərpa olunub.

Chosen
25
22
az.trend.az

10Sources