EN

Şabranda bu orta məktəb BAĞLANIR? – Rəsmi AÇIQLAMA

Şabran şəhərindəki Məmmədağa Nəzirov adına 4 saylı məktəbin bağlanma xəbəri valideynlərin narazılığına səbəb olub.

Bizim.Media-ya bu barədə məlumat verən valideynlərin sözlərinə görə 9, 10 və 11-ci siniflərdən başqa digər siniflər ləğv olunur. İddialara görə məktək liseyə çevrildiyi üçün belə bir addım atılır.

Etiraz edən valideynlərdən biri qeyd edib ki, iki övladı 5 və 8-ci sinifdə oxuyur:

“Dünən eşitdik ki, məktəbi bağlayırlar, liseyə çevirirlər. Biz valleynlər narazıyıq, bağlanmasına etiraz edirik. Yalnız 9, 10 və 11-ci sinifləri saxlayırlar. İndi qışın bu günündə uşaqlarımızı hara aparaq?”

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Bixim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran şəhəri, Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin bağlanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir. Adıçəkilən təhsil müəssisəsinin növbəti tədris ilindən tam orta təhsil səviyyəsinə keçirilməsi planlaşdırılır. 9-cu sinfə qədər birinci korpusda, 10-11-ci siniflər isə ikinci korpusda təhsil alacaqlar.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
21
bizim.media

1Sources