EN

Davonte Kraven: "Hər komandanı məğlub edə bilərik"

“Quba” basketbol klubunun legioneri Davonte Kraven klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, “Sumqayıt”a qalib gəldikləri oyunla bağlı bunları deyib:

“Son oyunda “Sumqayıt”la görüşdə qələbə qazanmağı bacardıq. Qalib gəldiyimiz üçün şadam. Matç şəxsən mənim üçün çox yaxşı keçdi. Komandama qalib gəlməyə kömək etmək üçün xallar ata bildim. Buna görə də xoşbəxtəm.

Fikrimcə, biz hər oyunda yaxşı performans sərgiləyirik. Sadəcə biz əvvəlki matçların ikinci hissəsində konsentrasiyamızı itirirdik. Rəqib komandalar da bundan həmişə istifadə edirdilər, sonda da uduzurduq.

Hiss edirəm ki, müdafiəmiz bəzi mövqelərdə əskikliklər olurdu və biz bütün diqqətimizi cəmləyə bilmirdik, konsentrasiyanı itirirdik. Top itkilərimiz də az deyildi. Düşünürəm ki, bizə daha yaxşı komanda kimyası və komandadan daha çox pozitivlik lazımdır”.

ABŞ-dan olan basketbolçu “Quba”nın qarşıdakı turlarda uğurlu nəticələr qazanacağına inandığını bildirib:

“Sumqayıt”la görüşdə qazandığımız qələbə özümüz üçün yaxşı motivasiyadır. Biz işləməyə davam edirik. İnanıram ki, növbəti oyunda qalib gələcəyik, əgər biz müdafiəyə yaxşı konsentrasiya olsaq və bütün oyunu güclü oynasaq, hər bir komandanı məğlub edə bilərik”.

Halil Atlı: “Qələbəmizi də Barrelə həsr edirik”

Georgi Kondruseviç: “Rəqib komanda səhvlərimizdən yaxşı yararlandı”

“Ordu”nun baş məşqçisi: “Bu oyun bizim üçün dərs olmalıdır”

“Ordu” səfərdə, “Gəncə” evdə qalib gəldi

ABL: “Şəki” və “Ordu” növbəti matçlarını keçirəcəklər

Chosen
15
apasport.az

1Sources