EN

Bu yolda hərəkət məhdudlaşdırılır – Sürücülərin nəzərinə!

Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində hazırda Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində (Keşlə bazarının qarşısı) tikinti işləri icra olunur. Tikinti işlərinə uyğun ərazidə qısamüddətli məhdudiyyətlər tətbiq edilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, bununla əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.\\Unikal

 

Chosen
57
31
nocomment.az

10Sources