EN

Bakıda bağçada azyaşlıya şiddət göstərilib? - Polis araşdırma APARIR

Bakıda yerləşən bağçalardan azyaşlıya şiddət göstərilməsi barədə iddialar yayılıb.

Turkustan.az-ın məlumatına görə, görüntülər sosial şəbəkədə paylaşılıb.

İddiaya görə, hadisə "Qara Qarayev" metrostansiyası yaxınlığında yerləşən bağçada qeydə alınıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Qurumun Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

/Modern.az/

Chosen
20
5
turkustan.az

6Sources