EN

"Farmvet" şirkətinin baytarlıq preparatları məhv edilib

İdxal olunan baytarlıq preparatının normativ tələblərə cavab vermədiyi aşkarlanıb.

Marja xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində "Farmvet" MMC-nin Niderlanddan idxal etdiyi 189 ədəd 1 litrlik "Trim/Sul 80/400 Oral Suspenziya" baytarlıq preparatından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən olunub.

Faktla bağlı müvafiq qərar qəbul edilərək uyğunsuzluq aşkarlanan məhsullar məhv edilib.

farmvet Trim/Sul 80/400 Oral Suspenziya
Chosen
25
10
marja.az

10Sources