EN

Qaz satışında rekord artım QEYDƏ ALINDI

Norveç 2022-ci ilin fevralından 2024-cü ilin dekabrınadək ixrac etdiyi qazdan təxminən 100 milyard dollar əlavə mənfəət əldə edib.

News24.az bildirir ki, krallıq yanacaq satışının həcmini kəskin şəkildə artırıb. Hesabat dövründə ixrac gəlirləri 5 dəfə artıb. 

Bunun iki səbəbi var: yanacağın ixracının həcminin artması və qazın Ukraynadakı münaqişədən əvvəlki qiymətdən xeyli baha satılması.

Həmçinin, noyabrın ikinci yarısında Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov bildirib ki, bir sıra Aİ ölkələrinin Rusiya qazını almaqdan imtina etməsi fonunda krallıq 115 milyard dollardan çox gəlir əldə edib.

Zəhraxanım Şeydayeva


Chosen
8
news24.az

1Sources