EN

Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, fevralın 10-16-da müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş voleybol üzrə ümumtəhsil müəssisələri arasında Abşeron rayon kuboku (qızlar) – 12-14 fevral, saat 10:00 (Abşeron rayonu, Xırdalan şəhəri, 3 nömrəli tam orta məktəb);
- “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş minifutbol üzrə ümumtəhsil müəssisələri arasında Xızı rayon kuboku – 13-14 fevral, saat 10:00 (Xızı rayon tam orta məktəbi);
- Bilyard üzrə Sumqayıt şəhər çempionatı – 15-16 fevral, saat 10:00 (Sumqayıt şəhər, “AF BILYARD&LOUNGE”);
- Triatlon üzrə “Trikids Triatlon Liqası (aquatlon) – 16 fevral (Sumqayıt).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmələr arasında futzal üzrə qış turniri - 10-14 fevral, saat 15:00 (Qobustan Olimpiya İdman Kompleksi);
- Məktəbli qızlar arasında minifutbol üzrə İsmayıllı rayon turniri – 11 fevral, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Atletika hamı üçün" - 14 fevral, saat 10:00 (Ağsu şəhər 3 nömrəli tam orta məktəb);
- "Narkotiksiz gələcək, sağlam gələcək!" devizi altında məktəbli yeniyetmələr arasında stolüstü tennis üzrə Şamaxı rayon turniri – 14-15 fevral, saat 11:00 (Şamaxı şəhər 10 saylı tam orta məktəb).
🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş boks üzrə turnir - 15 fevral, saat 11:00 (Naftalan şəhəri, "Atilla" İdman Zalı).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Gəncləri Gününə həsr olunmuş gənclər arasında minifutbol üzrə rayon turniri – 10 fevral, saat 14:00 (Füzuli rayonu Zobcuq 2 qəsəbəsi);
- Gənclər arasında güllə atıcılığı (pnevmatik silahdan) üzrə Xocavənd rayon turniri – 11 fevral, saat 14:00 (Beyləqan rayonu, Gənclər Evi);
- Boks üzrə yeniyetmə və gənclər arasında Ağcabədi rayon turniri – 12 fevral, saat 15:00 (Ağcabədi Olimpiya İdman Kompleksi);
- 2008-2009, 2010-2011, 2012-2013, 2014-2015 və 2016-2017-ci il təvəllüdlü oğlanlar arasında uşu sanda üzrə rayon birinciliyi - 12-13 fevral, saat 14:00 ("Ziya" İdman Klubu);
- İdarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında nərd üzrə şəxsi birincilik - 14 fevral, saat 14:00 (Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi).
🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- 2010-2011-ci il təvəllüdlü məktəb komandaları arasında həndbol üzrə rayon turniri - 11 fevral, saat 12:30 (Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəb-lisey);
- 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə Ağstafa açıq rayon turniri - 14-15 fevral, saat 10:00 (Ağstafa Cüdo Kompleksi);
- 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında voleybol üzrə rayon birinciliyi - 15-16 fevral, saat 10:00 (Tovuz Olimpiya İdman Kompleksi).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol üzrə kütləvi idman tədbiri – 13 fevral, saat 10:00 (Siyəzən şəhər 1 nömrəli tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə kütləvi idman tədbiri – 14 fevral, saat 15:00 (Şabran şəhər 1 nömrəli tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol üzrə nümunəvi çıxışlar - 14 fevral, saat 11:00 (Xaçmaz şəhər 6 nömrəli tam orta məktəb);
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi - 12 fevral, saat 15:00 (Zaqatala rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Şəhid Rafiq Səmədovun xatirəsinə həsr edilmiş voleybol üzrə məktəbli oğlanlar arasında rayon turniri - 14 fevral, saat 11:00 (Balakən Olimpiya İdman Kompleksi);
- "Qəbələ - İdman Paytaxtı 2025" layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında 3x3 basketbol üzrə rayon birinciliyi - 14 fevral, saat 10:00 (Qəbələ şəhər 5 sayılı tam orta məktəb);
- Ümumtəhsil məktəblərinin oğlan və qızları arasında voleybol üzrə rayon birinciliyi - 15 fevral, saat 10:00 (Qax şəhər 2 saylı tam orta məktəb).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- 15-16 yaşlı məktəbli qızlar arasında voleybol üzrə şəhər birinciliyi - 10-11 fevral, saat 12:00 (Hacıqabul şəhər 5 nömrəli tam orta məktəb);
- Ümumtəhsil məktəblərin qızlardan ibarət komandaları arasında voleybol üzrə rayon turniri - 12-15 fevral, saat 14:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş orta ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında basketbol üzrə rayon birinciliyi - 14 fevral, saat 10:00 (Salyan şəhər 9 saylı tam orta məktəb).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri arasında stolüstü tennis üzrə Astara rayon turniri - 11 fevral, saat 10:00 (Astara Gənclər Evi);
- Ümumtəhsil məktəblərinin IX- XI sinif şagirdlərindən ibarət komandaları arasında voleybol turniri - 13-14 fevral, saat 10:00 (Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü lisey);
- Ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandaları arasında voleybol üzrə Yardımlı rayon turniri - 14 fevral, saat 10:30 (Yardımlı rayon 4 saylı tam orta məktəbi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 14-15 fevral, saat 10:00 (Masallı şəhər, N.Gəncəvi adına xatirə parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 15 fevral, saat 11:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı).
🔹 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Atletika üzrə yeniyetmə və gənclər arasında Ucar rayon turniri - 11-12 fevral, saat 14:00
(Ucar Mərkəzi rayon stadionu);
- Güllə atıcılığı üzrə ali və orta ixtisas məktəb tələbələri arasında şəhər turniri - 12 fevral, saat 10:00 (Mingəçevir şəhər Yaşar Məmmədzadə adına stadion);
- Ümumtəhsil orta məktəb şagirdləri arasında minifutbol üzrə rayon turniri - 12-21 fevral, saat 14:00 (Zərdab rayon 1 saylı məktəb-lisey).

İdman.biz

Məqalədə:
Chosen
20
4
idman.biz

10Sources