EN

Müdafiə sifarişinin icrası zamanı yeyinti ilə bağlı iş açılıb

Rusiya müstəntiqləri dövlət müdafiə sifarişinin yerinə yetirilməsi zamanı 300 milyon rublun (təxminən 5 milyon 258 min manat) oğurlanması faktı üzrə cinayət işi açıblar.

Herbiand.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

Cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 201.1-ci maddəsi ilə (“Dövlət müdafiə sifarişinin icrası zamanı səlahiyyətdən sui-istifadə”) ilə açılıb. İşdə şübhəli bilinənlər arasında “Komplitstroy Qrupp” və “Atenon” şirkətlərinin rəhbərləri, Aleksandr Arxipov, Artem Evdokimov və Mixail Maslennikov var.

Rusiya Müdafiə Nazirliyi Kalininqrad vilayətində tikinti işlərinin aparılması üçün 900 milyon rubldan (təxminən 15 milyon 774 min manat) artıq dövlət müqavilələri bağlayıb. Onlar dövlət müdafiə sifarişinin icrası çərçivəsində imzalanıb. Subpodratçılar “Komplitstroy Qrupp” və “Atenon” şirkətləri olub.

Müstəntiqlərin fikrincə, 2023-cü ildən 2024-cü ilə qədər şirkət rəhbərləri müqavilələrin icrası ilə bağlı olmayan məqsədlər üçün 300 milyon rubldan çox vəsait xərcləyiblər. Bununla da büdcəyə xüsusilə külli miqdarda ziyan vurublar.

Bəxtiyar CƏFƏRLİ

Chosen
14
herbiand.az

1Sources