EN

Hakimlərin qərəzli qərarı – Klub prezidentinin ərköyünlüyü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Anar Həsənov yazır...
Ötən gecə Türkiyə Super Liqasında daha bir futbol matçında futboldan kənar hadisə yaşandı. Bütün Avropada gündəm mövzusuna çevrilən hadisəyə ən başdan nəzər yetirək.
Qarşılaşma komandaların qarşılıqı hücumları şəraitində başlasa da əsas hadisələr 17-ci dəqiqədə cərayan etdi. Görüşün 12-ci dəqiqəsində "Adana Dəmirspor"un qapısına on bir metrlik cərimə zərbəsi təyin edən Oğuzhan Çakırın bu qərarı oyunun davamına təsirsiz ötüşməyib. Nəticədə qonaqlar matçın 30-cu dəqiqəsində meydanı tərk etdilər.
Avropa futbolunda da hər zaman illərlə müzakirələrə səbəb olan qərarlar qəbul edilib, amma heç bir ölkədə bu tərz davranışlar sərgilənməyib. Keçmişdə VAR sistemi olmadan baş tutan görüşlərdə daha kobud səhvlər olmasına rəğmən azarkeşlər və klub rəsmiləri belə addımlar atmayıblar.
Futbolun qanunları və ədalət prinsipləri var. Dünyada "analoqu olmayan" adisələrin Türkiyə Super Liqasında baş verməsi isə ayrı bir mövzudur. Futbolçunun klub prezidenti və köməkçisini ələ salması, qarşı tərəfin buna sosial mediadan cavab verməsi kimi...
Yenidən "Qalatasaray" – "Adana Dəmirspor" matçındakı qərarların gedişatına qayıdaq. Alvaro Moratanın yerə yıxıldığı epizoda diqqətlə baxan futbol anlaşıyı olan hər bir azarkeş bu epizodun penalti olmadığını və adi oyun epizodu olduğunu bilər. Baş hakimin penalti qərarı isə nəyə əsaslanır? Topu itirdikdən sonra yerə yıxılmaq futbol qanunlarında təbii ki, yoxdur.
"Adana Dəmirspor" klubunun keçmiş prezidenti Murat Sancakın isə komandasını meydandan çıxarması və bunu Türkiyə Futbol Federasiyasının prezidentinə bildirməsi futbol adına rüsvayçılıqdır. Çünki, hər bir futbolsevər bilir ki, "Adana Dəmirspor" hazırda Türkiyə Super Liqasında sonuncu pillədə qərarlaşır və oyun 90 dəqiqə deyil, 120 dəqiqə belə oynansaydı "Adana Dəmirspor"un "Qalatasaray"a qalib gəlməsi yalnız 10 faiz mümkün kimi görünərdi.
"Fənərbağça" rəhbərliyinin bu mövzunu da şans olaraq dəyərləndirib, rəy bildirməsi isə heç bir məntiqə sığmır. Xüsusilə Ali Koç və Acun Ilıcalının qarşılaşmadan sonra verdiyi açıqlamalar Türkiyə futboluna ləkədir. Stadiona ilk dəfə matçı izləməyə gələn azyaşlı uşaqların gözyaşı isə həm "Qalatasaray", həm "Adana Dəmirspor" və baş hakimin günahıdır. Futbolda qalib gəlmək, məğlub olmaq və bərabərliklə də meydandan ayrılmaq olar. Amma, "qayda pozuntusu düzgün deyil" deyərək meydanı klubun bütün üzvünün bir nəfər kimi meydanı yarımçıq tərk etməsi futbol qanunlarına tamamilə ləkədir.
Bundan sonra "Adana Dəmirspor" klubunu hansı cəzalar gözləyir?
Türkiyə Futbol Federasiyasının qanunlarına əsasən, oyun davam edərkən meydanı tərk etmək və ya oyunu dayandırmaq komandanın üç xalının silinməsinə, rəqib komandaya texniki qələbənin verilməsinə səbəb olur. Məsələ daha dərindən araşdırıldıqdan sonra, başqa mövzular ortaya çıxacağı təqdirdə isə cəzalandırılan klub minimum bir liqa aşağı endirilir. Bu qaydalardan da bəlli olur ki, hazırda aktivində beş xalı olan və bütün rəqiblərindən geri qalaraq autsayder mövqeyində qərarlaşan "Adana Dəmirspor" vəziyyətin fərqində olduğu üçün çıxış yolunu bu tərz hərəkətlərə əl ataraq ört-basdır etməyə çalışır.
Futbol keçmişdən bu günə baş verən hadisələr, qəbul edilən qərəzli qərarları ilə sevilərək izlənilən idman növlərindən biri olub. Daha sonra tətbiq edilən "VAR" sistemi, legioner limitinin ləğvi, UEFA Çempionlar, Avopa və Konfrans Liqasının formatının dəyişdirilməsi futbola olan marağın azalmasına səbəb olmuşkən Türkiyə futbolunda da bu tərz hadisələrin baş verməsi azakreşlərdə bu idman növünə sevginin azalmasına səbəb ola bilər.
Bu mövzu çərçivəsində Azərbaycan Premyer Liqasında baş verən hadisələr isə unuduldu getdi. Ötən gün bənzər epizod Azərbaycan Premyer Liqasında da yaşandı, amma bizim komandalarımız nə meydanı tərk etdilər, nə də artıq söz-söhbət olmadı. Çünki, hər şey qayda və qanunla həll olmalıdır. Məsələ isə nə ilə bağlıdır izah edim.
"Sabah" – "Turan Tovuz" matçında Rəhim Sadıxovun epizodu hakimin susqunluğu ilə nəticələndi. Bu dəfə İnqilab Məmmədov səhv qərarıyla "səhnəyə çıxdı". Bu epizodda Rəhim Sadıxova olan cəriməni verməli idi, amma yalnış qərar matçın taleyini həll etdi, yekunda matç "Turan Tovuz" klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Burada belə bir sual yaranır, "Turan Tovuz" klubunun rəhbərliyi komandanı meydanı tərk etmək üçün səsləməli idi? Həmin epizodu sizin üçün təqdim edirəm ki, ən doğru qərarı azarkeş gözündən siz verəsiniz. Hətda, bu epizod Alvaro Morataya qarşı olan cərimədən daha ciddi idi.
İstər Azərbaycan, istərsə də Avropa futbolunda belə amillər hədsiz çoxdur, amma bu qərarlara qarşı gəlmək, futbolu iyrəncləşdirmək mənasına gəlmir. Futbol hər zaman bu tərzli məqamları ilə sevilib. Hətta bəzi azarkeşlərdə bu müəmmalı epizodlar səbəbindən futbola sevgi yaranıb. İndi isə, düzgün olunmayan penalti təyin olunduğu üçün komanda meydandan çıxarılır. Daha sonra klubun keçmiş prezidentinin məsələ ilə bağlı açıqlaması isə tamamilə ərköyünlükdür.  
"Adana Dəmirspor"un sabiq prezidenti Murat Sancak bu qərarı özünün qəbul etdiyini və komanda meydanı tərk etmədən öncə məsələ ilə bağlı Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğluna məlumat verdiyini bildirib, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu Murat Sancakla telefon danışığı zamanı "Adana Dəmirspor" klubunun sabiq prezidentinin qərarının doğru olduğunu və onu dəstəklədiyini deyib. 
Bu futbol deyil. Futbol tamamilə fərqli ampluada oynanan, dostluq və bərabərliyin simvoludur. Buna təşkil olunan dünya, Avropa çempionalarını misal çəkə bilərik. Futbolda yeni era adlandırılıaraq qanunları dəyişdirmək, gələcək nəsilərdə bu idman növünün azalmasına səbəb olur. Keçmiş qaydalara dönmək və futbolu ənənəvi qaydası ilə oynamaq bu idman növünə olan sevginin daim davam etməsinə səbəb olacaq.
Chosen
10
oxu.az

1Sources