Bakı-Qazax magistral yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsindən keçən hissəsində piyada keçidinə sürücülərin əhəmiyyət verməməsi sakinləri narahat edir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yolda piyada keçidi olmasına baxmayaraq, sürücülər sözügedən yoldan yüksək sürətdə hərəkət edirlər.
Sakinlər ərazidə yerüstü piyada keçidinin olmasını istəyirlər.
Sözügedən görüntünü təqdim edirik: