EN

“İlhamə Quliyeva gel vurdurduğu üçün ayağı çürüyüb”

"İlhamə Quliyeva o qədər məsum qadın idi ki... O özünü xoşbəxt sanmırdı. İlhamə xanım həyatda çox mübarizələr apardı". 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi kimi tanınan, jurnalist Mehriban Bəylərqızı "Həftənin qonağı" verilişə müsahibəsində deyib.

M.Bəylərqızı bildirib ki, mərhum müğənni ayağına gel vurdurduqdan sonra ayağı çürüməyə başlamış və yeriməyində ciddi problemlər yaranmışdı: 

"İlhamə Quliyevanın ayağında çürümə prosesi gedirdi. Onun həm ürəyi xəstə idi, həm də şəkər xəstəliyindən əziyyət çəkirdi. İlhamə xanım nədənsə şikayətləndiyini və ya əziyyət çəkdiyini heç kimə bildirmirdi. O heç kimə bu cür vəziyyətdə olduğunu göstərmək istəmirdi. İlhamə xanım səhhəti ilə bağlı o qədər ağrıyırdı ki... Ağrılara necə dözürdü... Ürəyim bunlara tab gətirə bilmirdi. Zamanında deyəsən İlhamə xanım ayağına gel vurdurmuşdu. Bunu o gözəllik naminə etmişdi, yəni estetik əməliyyat etdirmişdi. Bunu heç kim bilmir. Bunu ilk dəfə burada açıqlayıram. Proses bundan sonra başlamışdı. İlhamə xanım bunu özü mənə sağlığında danışmışdı. O son zamanlar yeriyə də bilmirdi. O, 2-3 ədəd ağrıkəsici iynələr vurdururdu və bu dərmanların sayəsində  ayağa qalxırdı. Amma sonradan yenə də o vəziyyətdə olurdu". 

Chosen
19
12
day.az

10Sources