EN

"Neftçi" ilə oyunda anladıq ki..." - Cimmi Nikol

“Sərhədçi” basketbol klubunun yeni transferi Cimmi Nikol klubun mətbuat xidmətinə açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, amerikalı oyunçu belə danışıb:

“Azərbaycan çempionatına qoşulmaq və "Sərhədçi"də oynamaq şansı yarandı və bundan istifadə etdim. Məşqçilərim və menecerim keçidi çox rahat şəkildə həll etdilər. Azərbaycanla ABŞ arasında fərqlər var, amma ölkənizi bəyəndim. Yeni yeməklərin dadına baxdım və xoşuma gəldi".

Cimmi Azərbaycan Basketbol Liqasının XIV turunda “Neftçi”yə 67:82 hesabı ilə uduzduqları oyun barədə də fikirlərini bölüşüb:

“Biz yaxşı komandayıq və vəziyyəti dəyişmək üçün potensialımız var. Bunu hiss edirik. “Neftçi” ilə oyunda anladıq ki, cərimə atışlarımız lazımi səviyyədə deyil. Nəticələrimizi yaxşılaşdırmaq üçün məşqlərdə daha səylə çalışacağıq. Hər kəslə rahat rəqabət apara biləcək heyətə sahibik".

Chosen
4
fanat.az

1Sources