EN

Qara avtomobilin qəzası: mistika, yoxsa fizika?

Bir neçə il əvvəl Avstraliyadakı elmi-tədqiqat müəssisələrindən birinin araşdırması zamanı maraqlı fakt ortaya çıxmışdı. Məlum olmuşdu ki, qara rəngli avtomobillər digər maşınlara nisbətdə 12 faiz daha çox qəzaya düşür. Pandemiyaya görə bu tədqiqat yarımçıq qalmışdı.  

Avtosfer.az xəbər verir ki, son aylarda aparılan tədqiqatlar bu nəticəni bir daha təsdiqləyib. Bu dəfə həm də səbəblər tapılıb, daha doğrusu səbəbin çox da qeyri-adi olmadığı üzə çıxıb. 

Söhbət adi fizika qanunlarından gedir. Qara cisim rəngli cisimdən fərqli olaraq uzaq məsafədən daha pis seçilir. Buna görə də, alatoran, yağış, duman və ya yola düşən ağac kölgəsi qara rəngli avtomobili görünməz edir. Digər sürücü qara avtomobili gördükdə bəzən çox gec olur. 

Avstraliyalı tədqiqatçılar bildirirlər ki, burada söhbət sırf işığın yayılması qanunlarından gedir. Bu fenomeni hansısa mistik, fövqəltəbii qüvvələrlə əlaqələndirməyin heç bir əsası yoxdur. Digər tərəfdən, bir çox ölkədə qara ən çox sevilən avtomobil rəngidir. Buna görə də qəzaların çoxluğu hansısa mifik fikirlərin yaranmasına səbəb olur.

Vüqar

Chosen
12
avtosfer.az

1Sources