EN

Azərbaycanda maye qaz istehsalı azalıb

Bakı. Trend:

Ötən il Azərbaycanda 166 min ton maye qaz istehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü iləmüqayisədə 70 min ton və ya 30% azdır. Belə ki, 2023-cü ildəAzərbaycanda istehsal edilən maye qazın həcmi 236 min ton olub.

Qeyd edək ki, ötən il ölkədə 5,292 milyon ton qaz kondensatıhasil edilib ki, bu da, illik müqayisədə 89 min ton və ya 1,7%çoxdur. Belə ki, 2023-cü ildə Azərbaycanda hasil edilmiş qazkondensatının həcmi 5,203 milyon ton olub.

Məqalədə:
Chosen
6
1
az.trend.az

2Sources