EN

Keçmiş prezident ittiham olunur: Lavrovla razılaşaraq görün nə edib

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko yeni cinayət işində müttəhim ola bilər. Bütün bunlar Rusiya ilə əlaqələrə görədir.

Publika.az xəbər verir ki, bu barədə “Strana” qəzeti yazır.

Qeyd olunur ki, Poroşenko 2009-cu ildə bir sıra qanunsuz hərəkətlərdə ittiham olunub. Həmin vaxt o, Ukraynanın xarici işlər naziri olub və Milli Təhlükəsizlik Şurasının qərarına zidd olaraq Rusiyanın Qara dəniz donanmasını Krımda saxlayıb. Üstəlik, o, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əldə olunan razılaşmalar fonunda edib.

Bundan əlavə, Poroşenko Xarkov müqavilələrini hazırlamaqda ittiham olunur. Saziş 2017-2042-ci illərdə Rusiya donanmasının Krımda olmasını nəzərdə tutur. Bunun müqabilində Ukrayna qazın qiymətində güzəştlər almalı idi.

Adəm Abbaslı

Chosen
13
publika.az

1Sources