EN

Naxçıvanda iki qurumdan birgə əməliyyat: "Smerç" raketinin hissəsi tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Azərbaycan məhəlləsində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər Nazirliyi və Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyi məlumat yayıblar.
Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb ediliblər.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 76 ədəd 30 mm-lik AQS mərmisi, 36 ədəd 20 mm-lik PK mərmisi, 9 ədəd 30 mm-lik 2A42 top mərmisi, 9 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd "AK-74" avtomat darağı, 10 ədəd qumbaraatan mərmisinin aparıcı qüvvəsi, 110 mm-lik "D-40" topun mərmisi, iki ədəd "Smerç" raketinin stabilizator bloku olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Chosen
101
49
oxu.az

10Sources