EN

Danildo Assioli: "Romao "Qarabağ" üçün, “Qarabağ” da onun üçün vacib rol oynayırdı"

"Santa-Klara"nın məşqçisi Danildo Assioli Sportal.az saytına açıqlama verib.

İdman.biz xəbər verir ki, Azərbaycanda, “İnter”də (indiki "Şamaxı") 5 ilə yaxın çıxış etmiş braziliyalı “Qarabağ”dan “Ferentsvaroş”a keçən Julio Romao haqda danışıb.

“Santa-Klara”da Romaonun məşqçisi olmuş və yarımmüdafiəçini yaxşı tanıyan Assiolu onun “Qarabağ”dan gedişini belə şərh edib:

"Romao ilə tez-tez danışırıq, söhbətləşirik. Buna baxmayaraq, “Qarabağ”dan “Ferentsvaroş”a transferi məni təəccübləndirdi. Julio karyerasında yaxşı anlar yaşayır, indi stabil və daha yetkindir. Qurban Qurbanov mütləq onun gedişinə çarə tapacaq. Mən Romaonun potensialına həqiqətən inanıram. Çox universaldır, aqressivdir, qərar qəbul etməkdə təmkinlidir. “Qarabağ” Romaonun inkişafı üçün mühüm mərhələ oldu. İnanıram ki, o, daha yüksək səviyyələrə də daha çox hazırdır".

Assioli, Romaonun “Ferentsvaroş”dan sonra daha böyük klublara keçə biləcəyinin mümkün olduğunu bildirib: "Romao “Qarabağ” üçün, “Qarabağ” da onun özü üçün vacib rol oynayırdı. Bunlar futbolun bir parçası olan məqamlardır. İndi o, başqa kontekstlərdə öz töhfəsini verəcək. Onu deyə bilərəm ki, Xulio “Qarabağ”da çox xoşbəxt idi və gözəl hekayə yaratmışdı".

İdman.biz

Chosen
7
1
idman.biz

2Sources