EN

Ötən il istehsal olunan kimya sənayesi məhsullarının həcmi açıqlandı

Bakı. Trend:

2024-cü ildə Azəraycanda istehsal edilmiş kimya sənayesiməhsullarının həcmi açıqlanıb.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən il bu qəbildən olan məhsullardan - hidrogenistehsalının həcmi 12,9 milyon kubmetr olub ki, bu, əvvəlki ilingöstəriciləri ilə müqayisədə 5,8 milyon kubmetr və ya 31% azalıb.Belə ki, 2023-cü ildə Azərbaycanda 18,7 milyon kubmetr hidrogenistehsal edilib.

Bununla yanaşı, 24,1 milyon kubmetr azot, 5,3 milyon kubmetroksigen istehsal edilib ki, bunlar da, illik müqayisədə müvafiqolaraq 353 min kubmetr (1,5%) çox və 1,3 milyon kubmetr (19,4%)azdır.

2023-cü ildə Azərbaycanda 23,8 milyon kubmetr azot, 6,6 milyonkubmetr oksigen istehsal edilib.

Məqalədə:
Chosen
4
1
az.trend.az

2Sources