EN

“Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” çapdan çıxıb

Bakı, 10 fevral, AZƏRTAC

Botanika İnstitutunda “Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Qarabağda yayılan nadir və itmə təhlükəsində olan 41 fəsiləyə aid 87 növ haqqında məlumat və şəkil əks olunub. Böyük Qayıdışa töhfə olaraq hazırlanan kitab yerli icmalara yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq və onları qorumaq məqsədilə nəşr olunub.

Qeyd edək ki, kitab “Qarabağ florasında yabanı bioloji resursların taksonomik tərkibi və variativliyinin saxlanması üçün etnobioloji informasiyaların icmalara çatdırılması” mövzusunda elmi-tədqiqat proqramına əsasən tərtib olunub.

Botanika İnstitutunun əməkdaşlarının Qarabağ ərazilərinə ekspedisiyaları zamanı kitab yerli icmalara paylanılıb.

Chosen
20
1
azertag.az

2Sources