EN

İki avtomobil toqquşdu - Xəsarət alanlar var

Ağcabədidə iki minik avtomobili toqquşub.   Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Hindarx-Borsunlu yolunda, Ağcabədi rayonunun Taynaq kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı minik maşını qarşıdan gələn “KİA” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Xəsarət alanlar 1986-cı il təvəllüdlü Məmmədov Mircəmal Mirxuda oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Mirhadi Ağa oğlu, 1993-cü il təvəllüdlü Nadirov Araz Rasim oğlu və 1985-ci il təvəllüdlü İsmayılov Əhliman Məhəmməd oğlu Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
40
10
manset.az

10Sources