Bakı-Quba yolunda piyadanın ağır xəsarət alması ilə nəticələnən qəza baş verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik leytinantı Mübariz Ağayev bildirib ki, hadisə Bakı-Quba yolunun 28-ci kilometrində qeydə alınıb. Şirvan şəhər sakini Cavid Mirzəyevin idarə etdiyi “Toyota” markalı avtomobil yolun piyadalar üçün nəzərdə tutulmayan hssəsindən keçən 2005-ci il təvəllüdlü Ceyranbatan qəsəbə sakini Rəvan Rüstəmovu vurub. Piyada ağır xəsarətlər alaraq Sumqayıt şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, piyadanın vəziyyəti ağır qiymətləndirilir.
Son Yazılar:
- Bakı-Quba yolunda gənc oğlanı maşın vurdu
- Bakı-Quba yolunda 20 yaşlı oğlanı maşın vurdu
- Şamaxıda evdən avtomat tapıldı – FOTO
M. Ağatev qeyd edib kİ, BDYPİ piyadaları onların rahatlığı üçün nəzərdə tutulmuş piyada keçidlərindən istifadə edərək, həm özlərinin həm də sürücülərin həyatlarını təhlükəyə atmamaq üçün müraciət edib.