EN

Nazirin səsindən istifadə edib məşhur iş adamlarının pullarını ələ keçirdilər

  İtaliyada süni intellekt vasitəsilə müdafiə naziri Quido Krosettonun səsindən istifadə olunaraq dələduzluq edilib.

Dələduzlar ölkənin əsas iş adamlarını hədəf alıblar.

Onlar nazirin səsini süni intellektlə təqlid edərək 10-dək iş adamını aldatmağa çalışıblar. Fırıldaqçılar bir generalın adından həmin iş adamlarına nazirliyin stasionar telefonundan zənglər ediblər. Daha sonra nazirin adından istifadə edən şəxslər İranda və Suriyada saxlanılan jurnalistlərin azad edilməsi üçün vəsait toplandığını bildiriblər. Həmin vəsaitin daha sonra Mərkəzi Bank vasitəsilə iş adamlarına geri qaytarılacağı vədi verilib.

Məlumata görə, fırıldaqçılara aldanan iş adamları arasında məşhur moda brendi “Armani”nin sahibi Giorgio Armani, moda nəhəngi “Prada”nın baş icraçı direktoru Patrizio Bertelli, “İnter” futbol klubunun sabiq prezidenti Massimo Moratti də olub.

Massimo Moratti fırıldaqçılara təxminən 1 milyon avro göndərdiyini deyib.

Müdafiə naziri Quido Krosetto məsələ ilə bağlı prokurorluğa şikayət edib. Nazir onun adından istifadə edərək dələduzluq olunduğu barədə sosial media hesablarında xəbərdarlıq da yayıb.

Artıq Milan prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb./publika.az   


Chosen
4
11
referans.az

10Sources