EN

Nazir özündən əvvəlki nazirləri qınadı, "Yol verilən səhvlərin nəticəsini indi görürük" dedi, belə cavab aldı: "Bir sözü deməmiş fkirləşə, daha yaxşı olar” (YENİLƏNİB)

"Realist olmaq lazımdır – PISA 2029 reytinqində Azərbaycanın ilk beşliyə düşməsi texniki cəhətdən mümkün deyil, biz bunu ictimaiyyətə də anlatmağa çalışırıq". 

Mia.az-ın məlumatına əsasən, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.

Nazirin iddiasına görə, hazırkı vəziyyət ondan qaynaqlanır ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılanıb: “O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumuldu. Bu gün isə həmin səhvlərin nəticəsini görürük". 

1998-2013-cü illərdə təhsil naziri olmuş, hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun rəhbəri, professor Misir Mərdanov nazirin səsləndirdiyi bu fikirlərlə bağlı “Cebheinfo.az”-a açıqlamasında bunları deyib: “Mən nazirliyin əməkdaşıyam, işçisiyəm, nazirin sözünə qarşı bir şey deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, hər şey deyəndə hesablayıb, fkirləşib deyilsə, daha yaxşı olar”. 

"Realist olmaq lazımdır – PISA 2029 (Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramı) reytinqində Azərbaycanın ilk beşliyə düşməsi texniki cəhətdən mümkün deyil, biz bunu ictimaiyyətə də anlatmağa çalışırıq".

Mia.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.

"Hazırkı vəziyyət ondan qaynaqlanır ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılandı. O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumuldu. Bu gün isə həmin səhvlərin nəticəsini görürük", - deyə E.Əmrullayev əlavə edib.

Nazir qeyd edib ki, cəmiyyətin də buradakı məsuliyyəti böyükdür: "Təhsildə irəliləyiş əldə etmək üçün valideynlər və məktəb icmaları fəal iştirak etməlidir. Əsas diqqət böyük problemlərə deyil, sinif otaqlarına yönəlməlidir. Əgər övladınız müəllimindən keyfiyyətli təhsil almırsa, həmin anda səsinizi çıxarın, nəticələri görəndən sonra yox. Çünki bu, təhsil sistemində dəyişiklik yaratmaq üçün əsas məsələ – hesabatlılıq və valideynlərin təhsilə cəlb olunmasıdır".

Chosen
20
6
mia.az

10Sources